Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus xəstəsi karantin postunda saxlanılıb

Koronavirus xəstəsi karantin postunda saxlanılıb

Tarix: 23 Dekabr 2020 16:50

Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən "Kia" markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, sürücü-Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün  ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib. Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

F.Əliyev barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Koronavirus xəstəsi karantin postunda saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ