Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 21:12
Cari mövsüm məğlub olmayan "Yuventus" İtaliya A Seriyasının 14-cü turu çərçivəsində öz meydanında "Fiorentina" klubunu qəbul edib. Oyun gözlənilmədən qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu görüşdən sonra cari mövsüm Avropanın ən güclü top-5 liqalarında məğlubiyyətin acısını yaşamayan yalnız - "Milan" klubu qalıb.
A Seriyasında lider olan "Milan" mövsüm ərzində 13 matç keçirib, 9 qələbə qazanıb və 4 dəfə heç-heçə edib. "Yuventus" və "İnter"in hər birinin aktivində 1 məğlubiyyət var.
İngiltərədə "Liverpul", İspaniyada "Atletiko Madrid", Almaniyada "Bavariya", "Bayer Leverkuzen", "Leypsiq", "Volfsburq", Fransada "Lil" ve "Lion" komandaları da hərəyə bir dəfə məğlub olublar.
Qeyd edək ki, "Yuventus" dekabrın 22-də çempionatda ilk məğlubiyyətini almaqla yanaşı, eyni zamanda, apellyasiya məhkəməsi üçüncü turda onun "Napoli" üzərindəki texniki qələbəsini də ləğv edib.