Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 08:52
"Samsung" şirkəti mobil qurğular üçün ultrabənövşəyi sterilizator təqdim edib. Qurğu smartfon, qulaqlıq və eynək üçün nəzərdə tutulub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, istehsalçının məlumatına görə, sterilizatorun ultrabənövşəyi şüaları 10 dəqiqə ərzində xəstəlik törədən bakteriyaları tamamilə məhv edir. Cihaz, həmçinin mikrobları məhv edir. Dezinfeksiya seansından sonra cihaz avtomatik işini dayandırır.
Sterilizator simsiz enerjidoldurma qurğusu ilə təchiz edilib, ona görə dezinfeksiya etmə zamanı müvafiq smartfonlar və tvs-qarniturlar, həmçinin enerji toplayacaq.