Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qadın küçədə qarət olundu

Bakıda qadın küçədə qarət olundu

Tarix: 12 Iyul 2019 20:20

Bakı. Samir Əli - Trend:

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

M.Hadi küçəsi, ev 13a, mənzil 177-də yaşayan Muradova Ziyali Əfsəddin qızı polisə müraciət edərək bildirib ki, yaşadığı ünvanın qarşısında olarkən tanımadığı naməlum kişi ona qəfil hücum edib.

Naməlum şəxs onun içərisində 90 manat, sənədləri və "Samsung" markalı mobil telefonu olan çantasını alaraq hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1982-ci il təvəllüdlü Təhməzov Rauf Şiraslan oğlu tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Bakıda qadın küçədə qarət olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ