Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 3 şagird ibtidai təhsili vaxtından əvvəl bitirib

Bakıda 3 şagird ibtidai təhsili vaxtından əvvəl bitirib

Tarix: 24 Dekabr 2020 11:51

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ildə paytaxt məktəblərində təhsil alan 3 şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün ənənəvi olaraq hər il eksternat qaydasında imtahan keçirilir.

Eksternat imtahanlarında şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılır.


Etiketlər:  Bakıda 3 şagird ibtidai təhsili vaxtından əvvəl bitirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ