Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 17:46
Çin Xalq Respublikasından (ÇXR) Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O deyib ki, ÇXR ilə əldə edilən razılaşma əsasında Türkiyəyə ümumilikdə 50 milyon doza peyvənd gətiriləcək.
Türkiyə Prezidenti ölkə əhalisinə koronavirusdan müdafiə üçün peyvənd olunmağı tövsiyə edib. O, özünün də COVID-19-a qarşı peyvənd olunacağını vurğulayıb.
Ərdoğan yeni il bayramı zamanı COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı gələn həftə nazirlərlə birgə iclas keçirəcəyini də qeyd edib.