Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Entoni Fauçi: kollektiv immunitet üçün əhalinin 70-90 faizi peyvənd olunmalıdır

Entoni Fauçi: kollektiv immunitet üçün əhalinin 70-90 faizi peyvənd olunmalıdır

Tarix: 25 Dekabr 2020 22:26

ABŞ-ın baş infeksionisti Entoni Fauçi Birləşmiş Ştatlarda kollektiv immunitetə nail olmaq üçün əhalinin 70 faizdən 90 faizədək vaksinasiyadan keçməli olduğunu hesab edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, infeksionist əvvəlki fikrini dəyişdiyini də vurğulayıb: o, əvvəlcə əhalinin 60-70 faizinin vaksinasiya olunacağı təqdirdə kollektiv immunitet yaranacağını düşünürdü.

Entoni Fauçi özü artıq "Moderna" kompaniyasının hazırladığı koronavirus əleyhinə vaksinin ilk dozasını alıb.

ABŞ-ın xəstəliklərə və onların profilaktikasına nəzarət üzrə mərkəzlərinin məlumatlarına əsasən, dekabrın 14-dən bu yana bir milyondan çox amerikalıya vaksinin ilk dozası vurulub.

Hələlik vaksinasiya sonuncu yoluxma dalğasına az təsir edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına görə, ABŞ-da ötən sutka ərzində koronavirusa yoluxanların sayı 193 min nəfər artaraq 19 milyon 111 minə, ölənlərin sayı isə 2 min 835 nəfər artaraq 337 min 66 nəfərə çatıb. Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb. Dünya üzrə yoluxanların 23 faizi və ölənlərin 19 faizi ABŞ-ın payına düşür.


Etiketlər:  Entoni Fauçi kollektiv immunitet üçün əhalinin faizi peyvənd olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ