Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 07:36
Bakı. Trend:
Aralıq dənizinin Misir sahillərində altı miqrantın cəsədi tapılıb.
Trend-in məlumatına görə, bu barədə yerli Əş-Şuruq nəşri xəbər yayıb.
Ehtimal olunur ki, 19-35 yaş arası batan şəxslər naməlum səbəbdən batan kiçik gəmidə Avropaya üzüblər. Batan gəmidə ümumilikdə neçə nəfərin olduğu məlum deyil.
Qeyd olunur ki, 17 dekabrda da Əs-Salum şəhəri sahillərində Avropa dövlətlərindən birinə üz tutması ehtimal olunan digər gəmi batıb. Daha sonra sudan yeddi cəsədi çıxarılıb.