Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan parlamenti hökumətin xarici siyasəti ilə bağlı qətnaməni təsdiqləyib

Gürcüstan parlamenti hökumətin xarici siyasəti ilə bağlı qətnaməni təsdiqləyib

Tarix: 26 Dekabr 2020 08:14

Gürcüstan parlamenti ölkənin xarici siyasəti ilə bağlı yeni qətnamə qəbul edib.

14 bənddən ibarət olan qətnamə əsasən 2013-cü və 2016-cı illərdə ölkə parlamentinin Gürcüstanın xarici siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin əsas prinsiplərini özündə əks etdirir.

Qətnamədə ölkənin əsas siyasi məqsədi olaraq işğala son qoyulması və beynəlxalq hüququn prinsipləri nəzərə alınaraq ölkənin ərazi bütövlüyünün bərpası, xarici siyasətin alternativi olmayan istiqamətlərindən biri - NATO və Avropa İttifaqına üzvlük, əsas strateji tərəfdaş olan ABŞ ilə əlaqələrin dərinləşdirilməsi əksini tapıb.

Bundan başqa, sənəddə qonşularla sıx əlaqələr qurmaqla, balanslaşdırılmış regional siyasət həyata keçirmək, həmçinin Qara dəniz regionunda sülh və stabilliyin təmin edilməsi üçün fəaliyyət göstərmək, beynəlxalq mexanizmlərdən istifadə edərək Çin, Hindistan, Yaponiya, Koreya, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə siyasi-iqtisadi, ticarət və xalqlararası əlaqələri gücləndirmək, BMT, ATƏT, Qara Dəniz İqtisadi Əmək Təşkilatı və GUAM-la çoxtərəfli formatda əməkdaşlıq məsələləri də var.

Qətnamədə, Gürcüstanın şərq və qərb arasında bağlayıcı rolunun həyata keçirilməsi və gücləndirilməsi, beynəlxalq təhlükəsizlik və stabilliyin qorunmasında sülhməramlı missiyasını davam etdirmək, beynəlxalq və regional inkişaf üçün Gürcüstanın xalqlararası əlaqələrini dəstəkləmək, Gürcüstan dövləti tərəfindən xaricdə yaşayan Gürcüstan vətəndaşlarının hüquqlarının və qanuni maraqlarının qorunmasına xüsusi diqqət göstərmək, Gürcüstan parlamentinin ölkənin xarici siyasətinin formalaşdırılmasında fəal rol oynamaq, Gürcüstan hakimiyyət tərəfindən xarici siyasətin əsas hədəflərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin aktiv iştirakına zəmin yaradılması məsələsi də yer alıb.


Etiketlər:  Gürcüstan parlamenti hökumətin xarici siyasəti ilə bağlı qətnaməni təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ