Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 08:34
Fransada COVID-19 pandemiyasına son sutkada 20 min 262 yeni yoluxma və xəstəxanalarda 159 ölüm faktı qeydə alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 pandemiyası başlayandan ölkədə 2 milyon 547 min 771 yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının ümumi sayı 62 min 427-yə çatıb.
Xəstəxanalarda 24 min 392 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 2625 ağır xəstə var.
Ölkədə dekabrın 27-dən "Pfizer-BioNTech" peyvəndinin vurulmasına başlanılacaq.
Böyük Britaniyada yayılan koronavirusun yeni növünün Fransada da mövcud olması ilə bağlı fikirlər səsləndirilir.