Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 12:38
Şəhidlik ən uca zirvə, şəhidlər isə o zirvənin fatehləridirlər. İndi sizə belə bir fatehdən, xüsusi təyinatlı qüvvələrin qulluqçusu olan şəhidimiz Samir Mehdiyevdən bəhs edəcəyik.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, hər zaman, hər addımında vətənini üstün tuturdu. Elə arzuladığı kimi vətən yolunda canını fəda etdi Samir Mehdiyev.
Onu bu arzusuna aparan yolu isə hələ məktəbdə oxuyarlən çizmişdi özünə. Adını belə eşidərkən düşmənin canına od salan, hər hücumda erməni qəsbkarlarına qan udduran xüsusi təyinatlı olmaq!
Valideynlərinin sözünə görə vətənin bütövlüyü Samir üçün aldığı nəfəs qədər əziz, həyatı qədər doğma olub.Ona görə vətən müharibəsi başladığı ilk günlərdən bütün istiqamətlərdə döyüşüb. Son dəfə isə Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.
O güllə ki, neçə neçə canlar aldı Vətəndən. Amma neçə-neçə müqəddəs şəhid ruhlar da verdi Vətənə. Samir kimi qətiyyətli, əzmli, vətənini hər şeydən üstün tutan bu ruhlar sayəsində torpaqlarımız daha inləmədi düşmənin tapdağında!
Samir Mehdiyev çox şərəfli döyüş yolu keçdi. Bir çox məntəqələrin azad olunmasında xüsusi xidmətləri oldu, dəfələrlə yaralı döyüşçülərin həyatını xilas etdi. Yanında yoldaşının şəhid olmasından sonra belə yazdı.
Samirin qismətinə də noyabrın 5-i, Şuşanın azad olunmasından və özünün də doğum günündən cəmi 3 gün əvvəl şəhidlik zirvəsinə ucalmaq yazılmışdı.Məqamın mübarək, şəhidim!