Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2019 13:00
"Partizani"nin çıxışını müsbət qiymətləndirirəm. Unutmaq olmaz ki, "Qarabağ" keyfiyyətli futbolçuları olan və avrokuboklarda qruplarda oynamış komandadır".
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Partizani"nin sabiq yarımmüdafiəçisi Dorian Bılıkbaşi deyib. Tirana təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhəlsində "Qarabağ"la oyununu dəyərləndirən veteran futbolçu qolsuz bərabərliyin yaxşı nəticə olduğunu bildirib:
"Tez-tez deyirlər ki, öz meydanında oynayan komanda qalib gəlməlidir. Razıyam, amma müasir futbolda meydan amili elə də rol oynamır. Əsas məsələ qol buraxmamaqdır. "Partizani" bunu bacardı. Düşünürəm ki, mərhələni keçmək üçün səfərdə qollu heç-heçə etməyə çalışacaqlar".
"Partizani"nin mərhələni keçmək şanslarını dəyərləndirən Dorian keçmiş komandasının Bakıda daha diqqətli oynamalı olduğunu söyləyib: "Dediyim kimi, Albaniyadakı ilk oyunda qazanılan nəticə pis deyil. Şanslar hələ də bərabərdir. İndi daha çox ümidim var. İnanıram ki, Azərbaycanda uğur qazana bilərlər. Ancaq komanda Bakıda çox diqqətli oynamalı və qol epizodlarından maksimum yararlanmalıdır. İnanıram ki, fərqlənmək üçün şansları olacaq. Vaxt keçdikcə rəqib özündən çıxmağa başlayacaq. Bundan lazımınca yararlanmaq lazımdır".
Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq.