Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusa 1 428 yeni yoluxma qeydə alınıb, 4 255 nəfər sağalıb, 38 nəfər ölüb

Azərbaycanda koronavirusa 1 428 yeni yoluxma qeydə alınıb, 4 255 nəfər sağalıb, 38 nəfər ölüb

Tarix: 26 Dekabr 2020 16:42

Bakı. Trend:

Azərbaycanda koronavirusa 1 428 yeni yoluxma qeydə alınıb, 4 255 nəfər sağalıb
Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 213 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 164 min 500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib. Aktiv xəstə sayı 46238 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 141 min 798 test aparılıb. Bugünkü test sayı isə 12507-dir.


Etiketlər:  Azərbaycanda koronavirusa yeni yoluxma qeydə alınıb nəfər sağalıb nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ