Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayazın şəhidliyinin 40-cı günü qələbə çalındı - VİDEO

Ayazın şəhidliyinin 40-cı günü qələbə çalındı - VİDEO

Tarix: 26 Dekabr 2020 17:58

Vətən müharibəsinin şanlı səhifələrinə adını qızıl hərflərlə yazdırmağı bacaran daha bir igidimiz haqqında danışmaq istəyirəm. Bu 1 il 8 ay evlilik həyatı yaşayan, 9 aylıq körpəsini həyat yoldaşı və atasına əmanət edib vətən müharibəsinə yollanan leytenantımız Ayaz İmanzadədir. Füzuli, Hadrutun işğaldan azad olunmasında xüsusi şüccaət göstərən zabitimiz sonda şəhadət pilləsinə yüksəlib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, vətənə olan sevgisi bir başqa idi Ayazın. Qeyrətli oğul, sadiq həyat yoldaşı, gözəl ata olan igidimiz sədaqətli dost olmaqla yanaşı, əskərləri üçün də örnək bir zabit idi.

Hərb həyatının acılı-şirinli günlərini özünün kiçik dəftərinə həkk etmək kimi bir adəti olub Ayazın. Hərbi akademiyada təhsil aldığı illərdə ən böyük siradaşı olub bu dəftər.

Yolunu ömür boyu gözləyəcək bir qızı da var Ayazın. 8 aylıq Ceyran zabitimizin dünyadan vaxtsız köçən anasının adını yaşadır.

Ayaz Füzuli, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksəlir. Leytenantımızın 40-ı çıxan gün isə Qələbə çalır Azərbaycan ordusu. Şəhadətin mübarək, qardaş!


Etiketlər:  Ayazın şəhidliyinin günü qələbə çalındı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ