Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu hələ harasıdır - ÜST-ün Baş direktorundan bədbin proqnoz

Bu hələ harasıdır - ÜST-ün Baş direktorundan bədbin proqnoz

Tarix: 27 Dekabr 2020 11:00

2020-ci ildə yayılan virus həyatımızda son pandemiya olmayacaq, bu səbəbdən dünya ölkələri səhiyyə sistemlərini gücləndirməli və yeni fövqəladə vəziyyətlərə hazır olmalıdır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri Cenevrədə Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar videomüraciətində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

İnanmaq çətindir ki, bir il əvvəl COVID-19 barədə məlumatsız idik. Son 12 ay ərzində dünyamız alt-üst oldu. Koronavirusun fəsadları öz hüdudlarından kənara çıxdı, cəmiyyətlər və iqtisadiyyatların gələcək inkişafına təsir göstərdi"

Baş verənlərdən dərs çıxarmaq lazım olduğunu söyləyən ÜST-ün Baş direktoru, investisiyaları fövqəladə halların qarşısının alınmasına və ilkin səhiyyə xidmətinin inkişafına yönəldilməli olduğunu söyləyib.


Etiketlər:  hələ harasıdır ÜST Baş direktorundan bədbin proqnoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ