Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evin 1-ci mərtəbəsindəki qarajda avtomobil yanıb, 5 nəfər təxliyə edilib

Evin 1-ci mərtəbəsindəki qarajda avtomobil yanıb, 5 nəfər təxliyə edilib

Tarix: 28 Dekabr 2020 09:24

Bakı. Trend:

Xaçmaz rayonunda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Evin mərtəbəsindəki qarajda avtomobil yanıb nəfər təxliyə edilib


RƏYLƏR