Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 11:30
Bakı. Samir Əli - Trend:
Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun ümumi vəziyyəti stabil ağırdır.
Bunu Trend-ə baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.
Bildirilib ki, Rufiz Hafizoğlunun hazırda təzyiq və hərarəti normaldır: "Bu gün gözlərini açıb, komadan ayılıb. Saturasiyası 94 faizdir, bunun 35 faizi süni tənəffüs aparatı ilə verilir. Ümumi vəziyyət stabil ağır olaraq qalır. Müalicəsi intensiv davam etdirilir".
Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redaktor "Yeni Klinika"ya yerləşdirilib.