Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 14:06
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən məktəb direktoru vəzifəsindən azad edilib.
Bu barədə Trend-ə Təhsil Nazirliyinin mətubat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Qeyd olunub ki, direktorun əmək müqaviləsinə bu gündən xitam verilib:
"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".