Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 17:04
Bakı. Elçin Mehdiyev - Trend:
Sabah start götürəcək Formula 1 Azərbaycan Qran Prisində bolidlərin son hazırlıq işləri aparılır.
Trend-in məlumatına görə, yarışda iştirak edəcək komandalar artıq Bakıdadır.
Bu gün azarkeşlər pit-yolu gəzmək imkanı əldə ediblər. Müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş 350-400 km/saat sürətlə şütüyəcək bolidlərin hərəkət yoluna çıxaraq Formula 1 hazırlıqlarını müşahidə ediblər.
Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.
Qeyd edək ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisi aprelin 28-dək davam edəcək.
Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
FOTO - Zaur Mustafayev
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin