Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 17:39
Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq əmək haqlarından 580 min manat məbləğində pul vəsaiti köçürüblər.
Bu barədə Trend-ə komitədən məlumat verilib.