Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 17:50
Koronavirusdan sağalan aparıcı Elgiz Əkbər uzun fasilədən sonra efirə çıxıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, "Elgizlə izlə" verilişində yaşadığı stressdən danışıb. Elgiz bildirib ki, dayısını koronovirusdan itirib:
"Xətəxanada öyrəndim ki, Covid 19-a yoluxan bir neçə xəstənin həyəcandan ürəyi partlayıb. Mən də həyəcanlanırdım. Dünyasını dəyişən məşhurların xəbərləri pis təsir etdi. Ən böyük zərbə isə gənc dayımı itirdim. O da Covid 19-a yoluxmuşdu.
Həkimlər gördülər ki, stressdən təzyiqim qalxır, halım getdikcə pisləşir, psixoloq gətirdilər. Dedilər, bu qədər ruh düşkünlüyü olmaz. Günün çox hissəsini məni yatızdırırdılar. Beləcə, virusdan canımı qurtara bildim".