Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 20:10
"Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz".
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu fikirləri parlamentdə komissiya sədrliyindən kənarlaşdırılması məsələsinin müzakirə qoyulması ilə bağlı deputat Naira Zohrabyan bildirib. Müxalif Çiçəklənən Ermənistan Partiyasını təmsil edən parlamentari Paşinyan tərəfdarlarını "zibil" adlandırdığına görə çoxluğa malik hakim fraksiya tərəfindən insan haqları üzrə daimi komissiyanın rəhbəri postundan kənarlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb.
"Hazırda Nikol Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz. Bu xain daha hansı əraziləri Azərbaycana verəcək? Gəlin, bundan danışaq", - deyə Zohrabyan etiraz edib.