Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 21:14
İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən gündəmə gəlib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, isveçli superulduz açıqlaması ilə növbəti dəfə diqqət çəkib.
O, Milad bayramında özünə hədiyyə arzulamadığını söyləyib: "Miladda heç vaxt özüm üçün nəsə istəmirəm. Mən Şaxta babayam, 27 uşağımın hamısına hədiyyələr gətirən mənəm. Uşaqlarımdan ikisi İsveçdə, digər 25 nəfər Milanda qalır".
Qeyd edək ki, bir aydır zədədən əziyyət çəkən İbrahimoviçin yanvarın ortalarında dönüşü gözlənilir.