Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya mobil prosessorlar bazarında lider dəyişib

Dünya mobil prosessorlar bazarında lider dəyişib

Tarix: 29 Dekabr 2020 09:57

Tayvanın "MediaTek" şirkəti 2020-ci ilin üçüncü rübündə tarixdə ilk dəfə mobil qurğular üçün ən böyük birkristallı prosessor tədarükçüsü olub. O, uzun illər lider olan "Qualcomm" şirkətini birinci pillədən sıxışdırmağa nail olub. Bu barədə "Counterpoint" analitik şirkətinin hesabatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti  " Vesti " resursuna istinadən yazır ki, iyul-sentyabrın yekunları üzrə "MediaTek" şirkətinin dünya prosessorlar bazarında payı 31 faiz təşkil edib. Şirkətin uğur qazanmasına smartfonlara tələbatın yenidən artması, o cümlədən Çin, Hindistan, Cənubi Amerika, Yaxın Şərq və Afrikada 100-250 dollar qiymət diapazonunda qurğuların satışı kömək edib. "Qualcomm" şirkətinin payı 29 faizə bərabər olub.

 

Bununla yanaşı, ABŞ-ın prosessor istehsalçısı "5G" rabitəsini dəstəkləyən birkristallı sistemlərin tədarükündə lider olaraq qalır – şirkətin bu seqmentdə payı 39 faiz təşkil edib. Bu ilin üçüncü rübündə "5G" smartfonlarının satışı iki dəfə artıb – artıq dünyada satılan mobil telefonların 17 faizi beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyir. Bundan başqa, dördüncü rübün yekunları üzrə bu göstəricinin 30 faizi ötəcəyi gözlənilir.

 

"Counterpoint" şirkətinin tədqiqatlar üzrə direktoru Deyl Qay qeyd edib ki, "MediaTek"in uğuru ucuz və orta büdcəli smartfonlara tələbatın artması ilə yanaşı, ABŞ-ın "Huawei"ə tətbiq etdiyi sanksiyalar, eləcə də şirkətin istehsalı olan məhsulların "Samsung", "Xiaomi" və "Honor" kimi böyük oyunçular tərəfindən alınması ilə əlaqədardır. Məsələn, "Xiaomi" məhsullarında "MediaTek" prosessorlarının payı 2019-cu ilin üçüncü rübü ilə müqayisədə 3 dəfə artıb.

 

Nizam Nuriyev




Etiketlər:  Dünya mobil prosessorlar bazarında lider dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ