Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saray qəsəbəsinin mərd oğlu - 19 yaşlı şəhid Teymur Quliyev - VİDEO

Saray qəsəbəsinin mərd oğlu - 19 yaşlı şəhid Teymur Quliyev - VİDEO

Tarix: 29 Dekabr 2020 11:26

Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən və şəhadətə yüksələn abşeronlu gəncdən danışacağıq. 19 yaşlı Teymur Quliyevdən. Düşmənə ağır zərbələr vuraraq, əhd etdiyi qisasını alan və ölümündən sonra igidliyinə görə medallarla təltif olunan şəhidimizdən.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ''Torpaqlarımı düşməndən azad etməyənə qədər rahat ola bilmərəm,yanınıza üzü ağ qayıtmaq istəyiriəm''. Bu amalı varmış şəhidimizin.

Abşeronun Saray qəsəbə sakini olan Teymur, Vətənə sevgisini, duyğularını ailəsi, dostları ilə tez tez bölüşürmüş. Səbirsizliklə gözləyırmış doğma yurdu qarşısında övladlıq vəzşfəsini yerinə yetirmək üçün...Nəhayət o gün yetişib! Sentiyabrın 27-də müharibə başlayan kimi evə zəng vurub sevincək! Məndən nigaran qalmayın, Vətən borcunu verib, tezliklə dönəcəyəm -deyib. İgidimiz Füzuli və Qubadlı istiqamətində gedən savaşlarda böyüş şücaət göstərib. Amma qismətinə qısa və şərəfli döyüş yolu yazılıbmış. Teymur oktyabırın 24-də Füzulidə qəhrəmancasına şəhid olub.

Sonuncu dəfə anası ilə danışıb Teymur. Deyib ki, mən yaxşıyam, nigaran qalma heç, qardaşım əmanəti.

Şəhid Teymur Quliyev Novxanı kəndində dəfn edilib. Təltif olduğu ''Füzulinin azad olunmasına görə'' və ''Qubadlının azad olunmasına görə'' medalları onun cəsurluğunun, vətən sevgisinin bariz təsdiqidir..

Milli.Az


Etiketlər:  Saray qəsəbəsinin mərd oğlu 19 yaşlı şəhid Teymur Quliyev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ