Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətənin müdafiəsinə gedən iki igid qardaş - Əşrəf və Ziyalı - VİDEO

Vətənin müdafiəsinə gedən iki igid qardaş - Əşrəf və Ziyalı - VİDEO

Tarix: 29 Dekabr 2020 11:50

Bir müharibədə qardaşını digərində oğlunu şəhid verməkbirata üçün nə deməkdir. Qarabağ münaqişəsi dövründə neçə-neçə ailəeyni taleyi yaşayıb. İnsanın qanını donduran isə odur ki onların hər biri vətən sağ olsun . Bir də torpaq həsrəti çəkməyək deyir. Bir xalqın qəddi-qaməti elə bu deyilmi ?! Nə olursa olsunşəhidinin qanıyla paklanan o torpağına sarılmaq. Azanlar eşidilən dağıdılmış məscidlərin daşına-torpağına şükr etmək. Viran qoyulmuş doğma elin yeni nəfəsinin hərarətşnə sevinmək.. Sentyabrın 27 də başlayan vətən müharibəsinə Məmmədovlar ailəsinin iki oğlu qatılıb. İkisi də yurdun azadlığı uğrunda savaşda canlarını fəda etməyəhazır olublar. Qızğın döyüşlər zamanı qardaşlardan biri - Əşrəfşəhadət zirvəsinə yüksəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sentyabrın 27 sində başlayan vətən müharibəsində İsmayıllıdan iki qardaş- Əşrəf və Ziyalı döyüşlərin ilk günündən ən qaynar nöqtələrdə igidlik göstəriblər. Ziyalının döyüş yoluTərtər istiqamətindən keçsə də, Əşrəf işğal olunmuş bütün ərazilərimizdəkəşfiyyatçı kimi öndə olur. Özünə verdiyi andı vardı Əşrəfin- işğalda inləyən torpaqlarımızla bahəm, 1 ci Qarabağ döyüşlərində şəhid olmuş Elyar əmisinin də qisasını almaq! Gözündə qorxu yox idı bizim xüsusı təyinatlı gizirin...Düşmənin maneələrini o qədər məharətlə yara bilirdi ki,,,Amma oktyabrın 13-də Tərtər istiqamətində gedən qızğın döyüşlərdə başından qəlpə yarası aldı. Elman ata deyir ki, birinci qarabag döyüşlərində qardaşımı , vətən müharibəsində isə balamı şəhid verdim. Əsas vətən sağ olsun!

Əşrəf döyüşdə olduğunu ailəsindən,qohumlarından gizlədib. Son dəfə şəhid olmamışdan 1 gün öncə ailəsinə zəng vurub. Yalnız vətəni deyil, sevdiklərini də həyəvanlandırmamaq üçün o qədər çırpınırmış ki, qəhrəmanımız.

İndi artıq azad və şad ruhuvətən səmasını qoruyan Əşrəf Məmmədli ''Vətən uğrunda'' Və ''İgidliyə görə''medallarıilə təltif edilib.

Milli.Az


Etiketlər:  Vətənin müdafiəsinə gedən iki igid qardaş Əşrəf Ziyalı VİDEO


RƏYLƏR