Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər (FOTO)

“Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər (FOTO)

Tarix: 29 Dekabr 2020 13:36

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Azərbaycan və Çin mədəniyyətinin milli rəmzlərinə həsr olunmuş “Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər” mövzusunda onlayn seminar keçirilib.

Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın mədəniyyət beşiyi hesab olunan Şuşa şəhərinin simvolu, bu gün isə artıq Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin Anım Gününün ifadəçisinə, Azərbaycan Ordusunun erməni işğalından azad edilmiş Şuşa şəhərinin azadlıq simvoluna çevrilmiş “Xarı bülbül” gülü haqqında danışmışdır. R.Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qalibiyyətimizi tarixi qələbə adlandırmışdır. O demişdir: ” Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.” Daha sonra R.Abbasov bülbül və gözəl gülün məhəbbət əfsanəsinin rəmzi hesab olunan “Xarı bülbül” gülün adı ilə bağlı məşhur Azərbaycan əfsanəsini diqqətə çatdırmış, qeyd etmişdir ki, Çində də “Bülbül və qızılgül” səsin, görünüşun və ətrin ahəngdar gözəlliyini təcəssüm etdirir. Bununla yanaşı, firavanlıq və dirçəliş ifadə edən Çinin çay gülü həm də gücün, qüvvənin çiçəyi kimi də qəbul edilir. Dahi Konfutsi yaradıcılığında Çin sarı qızılgülü çiçəklərin şahı kimi tərənnüm edilirdi, bu gülə beş yüzdən artıq qədim çin traktatı həsr olunmuşdur. Məlum olduğu kimi, Çində bülbül xeyirxahlığın, saflığın, istedadın, müğənnilik qabiliyyətinin bəxş olunması, həmçinin əzabın və sevginin simvoludur. Seminarda bu məsələ ətrafında ADU-da təhsil alan çinşünas tələbələr çıxış edərək Azərbaycanın və Çinin incəsənətində “Xarı bülbül” və “Bülbül və qızılgül” simvollarının təcəssümünün özünəməxsusluğu haqqında bəhs etdilər. Qeyd olundu ki, Azərbaycanda Qarabağ xanı İbrahimxəlil xanın qızı şair xanım Ağabəyim Ağa yaradıcılığında Xarı bülbülü tərənnüm etmişdir. Qarabağı vəsf edən xalq mahnısı “Sarı Bülbül” mahnısı unudulmur, bu gün də məşhurdur. Azərbaycan milli geyimlərində və xalçaçılıq sənətində Xarı bülbül geniş şəkildə təmsil olunur. Seminar iştirakçıları həmçinin təbiətin poetik-məcazi təsvir olunduğu, məcaz və rəmzlər sistemi kimi səciyyələnən, sənətkarlara düşüncələrini, əhval-ruhiyyələrini təcəssüm etdirməyə və xoş arzularını ifadə etməyə meydan açan Çin rəsmi “Hua-nyao” (“Güllər və quşlar”) haqqında, onun fəlsəfi-estetik mənbələri barədə bəhs etdilər. Diskussyalar zamanı Çin musiqisində “Çiçəklər və quşlar” obrazının geniş yayılması ilə bağlı şərh olunmuşdur. Bu məqsədlə fleyta üçün “Sarı bülbül qanadları ilə parıldayır” melodiyası, truba üçün “İki bülbül” melodiyası ilə bağlı bəhs olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, Çində dekorativ tətbiqi sənət sahəsində farfor məmulatlarının hazırlanmasında, habelə qədim çin geyimləri üzərində obrazdan geniş istifadə olunmuşdur.

“Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər (FOTO) - Gallery Image “Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər (FOTO) - Gallery Image


Etiketlər:  Xarı bülbül Çinin rəmzi sayılan Bülbül qızılgül İpək Yolunda mədəni paralellər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ