Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 11:18
Bakı. Ceyhun Ələkbərov - Trend:
Vətən müharibəsi zamanı bədədən hissəsi amputasiya olunan qazilərdən 10-nu yüksək texnologiyalı protezlərlə təmin olunub.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, bu say hələlik azdır, ancaq yeni ilin ilk rübündə artacaq:
“Ayaqları amputasiya olunmuş, yaxud müəyyən fiziki orqanını itirmiş vətəndaşlarımızın protezlərlə təminatı istiqamətində işlər gedir. Bilirsiniz ki, 2016-ci ilin aprel döyüşlərindən sonra Birinci Vitse Prezident Mehriban Əliyevinın təşəbbüsü və tapşırıqığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərin gətirilməsi və qazilərimizə təqdim edilməsinə başlandı. Aprel döyüşlərindən sonra bu protezlərə ehtiyacı olan hər bir qazi onlarla təmin olundular. Daha sonra Cənab Prezindetin sərəncamı oldu, ƏƏSMN tərkibində Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanaması istiqamətində işlərə başlanıldı.
Bu gün artıq bədən hissəsi amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində də işlərə başlanılıb. Artıq 10-dan çox qazimizə bu protezlər təqdim edilib, bir neçəsinə də yaxın günlərdə təqdim ediləcək. Protezlərin təminatı bir az vaxt aparan prosesdir, çünki yara sağalmalıdır, ondan sonra protezlə təminat həyata keçirilir, protezlə hərəkət üçün məşqlərə başlanılır. Ona görə də, bu proses uzun çəkdiyi üçün say bu qədər azdır. İanırırq ki, yeni ilin ilk rübündə ehtiyacı olan bütün qazilərimizə bu təminatlar həayata keçiriləcək".