Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əlil'' və ''qüsur'' sözləri ilə bağlı yeni qərar verildi - VİDEO

''Əlil'' və ''qüsur'' sözləri ilə bağlı yeni qərar verildi - VİDEO

Tarix: 30 Dekabr 2020 12:22

"Əlil" və "qüsur" sözləri ilə bağlı yeni qərar verilib. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. Bəs bu sözlər vətəndaşlar tərəfindən necə qəbul edilir? Fərqə münasibəti təqdim edirik.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, artıq "əlil" və "qüsur" sözü digər sözlərlə ifadə olunacaq.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" qanunlara edilmiş dəyişikliklərə əsasən, "əlil" sözü "əlilliyi olan şəxs", "qüsur" sözü "pozuntu" sözləri ilə əvəz edilib. İfadələrdəki dəyişiklik bu qəbildən olan insanlar tərəfindən heç də birmənalı qarşılanmır.

AMEA-nın Təsdiqi dilçilik şöbəsinin müdiri İsmayıl Məmmədli deyir ki, dilimizi qəlizləşdirmək yerinə sadələşdirmək lazımdır.

Şöbə müdiri bildirib ki, bu qəbildən olan insanlar daha həssas olduqları üçün bəzən seçilən sözlər onların narazılığına səbəb ola bilər, ona görə də müraciət formalarını seçərkən daha diqqətli olunmalıdır.


Etiketlər:  Əlil qüsur sözləri ilə bağlı yeni qərar verildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ