Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Geryedən imtina edir

''Qarabağ'' Geryedən imtina edir

Tarix: 14 Iyul 2019 16:24

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” müqaviləsi başa çatan Donald Gerye ilə yolları ayırmaq qərarını verib.

Qol.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu haitili yarımmüdafiəçiyə yeni müqavilə təklifi edib. Hazırda ölkəsində olan futbolçu əvvəlcə gələcəyini vəd etsə də, indiyədək ciddi bir əsas gətirməyərək klubun düşərgəsinə qoşulmayıb. Bu sayğısız davranışına görə, komandanın baş məşqçisi Qurban Qurbanov ondan imtina etmək qərarına gəlib.

Bu arada, “Qarabağ”ın rəsmi sosial şəbəkəsi xəbər yayıb ki, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə yeni transfer Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Partizani” ilə cavab oyununda meydana  çıxa bilər.

Qeyd edək ki, Ailton da Gerye kimi müdafiənin sol cinahında oynayır.


 

 


Etiketlər:  Qarabağ Geryedən imtina edir


RƏYLƏR