Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 12:10
Suriyada sərnişin avtobusuna edilən terror hücumu nəticəsində 28 mülki şəxs öldürülüb, 13 nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu barədə "SANA" dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, hücum saat 16:00 radələrində Deyr-əz-Zor - Palmira magistral yolunda, Kabajeb qəsəbəsi yaxınlığında baş verib.