Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə ruhi xəstə anasını öldürüb

Mingəçevirdə ruhi xəstə anasını öldürüb

Tarix: 2 Yanvar 2021 16:54

Bakı. Samir Əli - Trend:

Yanvarın 1-də saat 15 radələrində Mingəçevir şəhər sakini 1948-ci il təvəllüdlü Əhmədova Afaq İbiş qızının yaşadığı ünvanda meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq,prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Afaq Əhmədovanın 1981-ci il təvəllüdlü, Mingəçevir şəhər rayonlararası Əsəb-ruhi dispanserində “paranoid şizofreniya” xəstəliyi diaqnozu ilə qeydiyyatda olan oğlu Əhmədov İslam Yaşar oğlu tərəfindən aralarında yaranmış münaqişə zəminində çəkiclə vurularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İslam Əhmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Mingəçevirdə ruhi xəstə anasını öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ