Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə yaşıl meydanlarla vidalaşan futbolçular - ARAŞDIRMA

2020-ci ildə yaşıl meydanlarla vidalaşan futbolçular - ARAŞDIRMA

Tarix: 3 Yanvar 2021 08:06

2020-ci il bir çox futbolçunun aktiv futbol həyatına son qoyması ilə yadda qaldı.

Sonxeber.net goal.az-a istinadən həmin futbolçuları təqdim edir:

Klaudio Pisarro

Perulu əfsanə hücumçu 2020-ci ilə ayrılığı ilə damğa vurdu. 42 yaşlı Pisarronu demək olar ki, iki nəsil izləmək şansı əldə etdi. Qeyd edək ki, o, 197 qolla Bundesliqa tarixində ən çox qol vuran ikinci futbolçu ünvanına sahibdir.

Benedikt Hövedes

Uzun illər Schalke 4-də oynayan Hövedes ötən il futboldan ayrıldı. Alman futbolçu karyerası ərzində 44 dəfə milli formanı geyindi, 2014-cü ildə isə Dünya Kuboku sevinci yaşadı.

Andre Şürrle

Şürrle siyahının ən təəccübləndirən futbolçusudur. Karyerasında Chelsea və Dortmund kimi komandalarda çıxış edən oyunçu süpriz şəkildə 29 yaşında futbolu buraxdı.

David Vilya

Vilya karyerasını İspaniya Milli Komandasının bombardiri kimi başa vurdu. İspan hücumçu, eyni zamanda ölkəsinin 2010-cu il Dünya Kuboku qələbəsindəki ən vacib ünsürlərdən biri idi.

Essam Əl Hadari

Misirin əfsanəsi Hadari ümumilikdə, 159 dəfə millisinin formasını geyindi. 45 yaşlı qapıçı 2018 Dünya Kubokunda çıxış etməklə orada oynayan ən yaşlı oyunçu rekordunu qırdı.

İker Kasilyas

Real Madrid-lə xatırlanan Kasilyas karyerasının son dövrünü Porto ilə keçirdikdən sonra 2020-ci ildə futbolla vidalaşdı. Əfsanəvi qapıçı Çempionlar Liqasındakı uğurları ilə yanaşı, 2010-cu ildə Dünya Kuboku qələbəsini qazandı.

Qaret Barri

Keçən ildə aktiv futbol həyatını sonlandıran futbolçulardan biri də Qaret Barridir. 39 yaşında təqaüdə çıxan yarımmüdafiəçi 653 matçla Premyer Liqada ən çox forma geyinən oyunçu rekorduna sahibdir.

Vensan Kompani

Uzun illər Manchester City-də oynayan Kompani ötən il 34 yaşında yaşıl meydanlarla vidalaşdı. O, kapitanı olduğu City-də 4 dəfə Premyer Liqa, 2 dəfə İngiltərə Kuboku və İngiltərə Superkubokunu qazandı. Qeyd edək ki, belçikalı müdafiəçi artıq karyerasında baş məşqçi kimi yeni səhifə açıb.


Etiketlər:  2020 ildə yaşıl meydanlarla vidalaşan futbolçular ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ