Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kökçü Avropanın ən istedadlı oyunçuları siyahısında

Kökçü Avropanın ən istedadlı oyunçuları siyahısında

Tarix: 3 Yanvar 2021 17:44

UEFA Avropanın 50 ən istedadlı gənc futbolçusunun siyahısını açıqlayıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycanın U-21 millisinin və "Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü də yer alıb.
 
Hazırda "Feyenoord"da çıxış edən 20 yaşlı yarımmüdafiəçi Niderlandın U-19 yığmasının üzvü olub. Rotterdam klubu ilə müqaviləsini 2025-ci ilədək uzadan oyunçu hazırda Türkiyənin əsas millisinə dəvət alır.
 
Onu da bildirək ki, siyahıda ən məşhur sima italiyalı Paolo Maldininin oğlu və Çezare Maldininin nəvəsi Daniel Maldinidir. "Milan" ın 19 yaşlı yarımmüdafiəçisi bu mövsüm Avropa Liqasında, keçən mövsüm isə İtaliya A Seriyasında debüt edib.

Qeyd edək ki, Orkun Kökçü 2018-ci ildən "Feyenoord"da çıxış edir.

Milli.Az


Etiketlər:  Kökçü Avropanın istedadlı oyunçuları siyahısında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ