Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 19:45
Türkiyəli professor Nur Baran Aksakal hesab edir ki, yoluxucu xəstəliklərdən qorunmağın yeganə yolu vaksinasiyasıdır.
Sonxeber.net xəbər verir ki, professor koronavirus pandemiyası səbəbiylə uşaqlara vaksinlərin daha az vurulmağa başladığını qeyd edib.
"Qızılca və suçiçəyi xəstəliyi olan insan təxminən 12-17 nəfəri yoluxdura bilir. Bu xəstəliklərin yoluxma sürəti koronavirusdan 6 dəfə daha yüksəkdir. Nəticə etibarı ilə cəmiyyətdə bu xəstəliklərə immuniteti olan insan sayı aşağı düşərsə, növbəti epidemiyaların yaranması istisna olunmur" , - həkim bildirib.
Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) Avropa İmmunlaşdırma üzrə mütəxəssisi olan Aksakal pandemiya ərzində dünyadakı peyvənd kampaniyalarında problemlərin olduğunu söyləyib: "Peyvəndlərin vurulmasında problemlər və azalmalar var. Xüsusilə qızılca, məxmərək, tetanoz, difteriya, göy öskürək, su çiçəyi və poliomiya kimi çox ağır xəstəlikləri görmək istəmiriksə, rutin peyvəndləri başa çatdırmalıyıq.
Epidemiyaların qarşısını almaq üçün qızılcada cəmiyyətin ən az 83 faizinin, göy öskürəkdə isə ən az 92 faizinin immuniteti olmalı, yəni peyvənd vurdurması lazımdır. Odur ki, peyvəndlənmədəki azalmalar cəmiyyətin sağlamlığı üçün böyük risk yaradır". (publika.az)