Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?

Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?

Tarix: 3 Yanvar 2021 23:50

Karantin rejimi dövründə fəaliyyətinə qismən və ya tam icazə verilən sahələr üzrə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı müəyyən suallar yaranır.

Sonxeber.net xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli Qərarına əsasən, dövlət orqanları və qurumlarında işə cəlb edilməyən işçilərin əməkhaqqının saxlanılması nəzərdə tutulub: "Həmin Qərarın 1.4-cü bəndində göstərilib ki, Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əməkhaqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin. Qərarın 1.5-ci bəndində isə qeyd edilib ki, imkan olduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin".

Ekspert, həmçinin fəaliyyəti tam məhdudlaşdırılmayan sahələr üzrə karantin rejiminə uyğun əmək münasibətlərinin qurulmasının digər qanunvericilik aktları ilə tənzimləndiyini diqqətə çatdırıb. Belə ki, Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadir, usta, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilir: "Məsələn, fəaliyyətinə icazə verilən turizm müəssisəsi ancaq xarici səfərlərin təşkili ilə məşğul olduğu üçün məcburi boşdayanma yaranıb. Bu zaman işəgötürən qərar verir ki, işçilərin tarif maaşının üçdəiki hissəsini ödəsin və onlar müəyyən müddət işə gəlməsinlər. Tutaq ki, tur operatorunun aylıq əməkhaqqı 600 manat, satışlara görə aldığı bonusun məbləği isə 200 manat olub. Buna baxmayaraq, işəgötürən yalnız tarif maaşının 2/3 hissəsini, yəni 400 manat ödəməklə işçiləri evə buraxa bilər".


Etiketlər:  Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ