Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəyləqanda mikroavtobus dərəyə düşdü, ölən var

Bəyləqanda mikroavtobus dərəyə düşdü, ölən var

Tarix: 4 Yanvar 2021 02:03

Bakı. Trend:

Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “Mercedes” markalı mikroavtobusun dərəyə aşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  Bəyləqanda mikroavtobus dərəyə düşdü ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ