Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ

Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ

Tarix: 15 Iyul 2019 10:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısındakı çinar ağacının budaqlarının aşması nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti orta-ağırdır.

Kliniki Tibbi Mərkəzdə müalicə olunan İlkin Məmmədovun (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəkidə xəsarət alanların VƏZİYYƏTİ barədə RƏSMİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR