Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Milan” tarixinin rekordunu vurub

“Milan” tarixinin rekordunu vurub

Tarix: 4 Yanvar 2021 12:22

İtaliya "Milan"ı klub tarixinin rekorduna imza atıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, A seriyasının XV turunda "Benevento"ya 2:0 hesabı ilə qalib gələn Stefano Piolinin yetirmələri aktivini 37 xala çatdırıb.

Bu, klub tarixinin yeni rekordudur. Milanın eyniadlı təmsilçisi startdakı 15 matçdan sonra heç vaxt bu qədər çox xal yığmayıb. Düzdür, 1994-cü ilə qədər qələbəyə 2 xal verildiyi dövrdə "rossonyeri" maksimum 30 xal toplaya bilərdi. Sonrakı 27 ildə isə indiki nəticə ilk dəfə təsadüf olunur.

Qeyd edək ki, "Milan" A seriyasında 27 oyundur uduzmur.

Milli.Az


Etiketlər:  Milan tarixinin rekordunu vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ