Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da COVID-19-a yoluxma ilə bağlı növbəti antirekord

ABŞ-da COVID-19-a yoluxma ilə bağlı növbəti antirekord

Tarix: 4 Yanvar 2021 18:38

Birləşmiş Ştatlarda COVID-19-a yoluxma ilə bağlı növbəti antirekord qeydə alınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 3-də son 24 saatda ölkədə COVID-19-a yoluxma ilə bağlı 299.087 yeni fakt qeydə alınıb. Prezident Donald Tramp bu rəqəmlərin "şişirdilmiş" olduğunu bəyan edib.

Cons Hopkins Universitetinin məlumatına görə, son bir sutkada 2398 ölüm faktı qeydə alınıb. COVID-19-a yoluxma və bununla bağlı ölüm hallarının ümumi sayına görə ABŞ dünyada liderlik edir: 20.439.674 yoluxma və 350.267 ölüm faktı.

"Bloomberg" təşkilatının və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-da 4,28 milyon nəfərə COVID-19-a qarşı peyvənd vurulub. Birinci mərhələdə 13 milyon nəfərin peyvəndləşdirilməsi nəzərdə tutulur.


Etiketlər:  ABŞ COVID yoluxma ilə bağlı növbəti antirekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ