Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 15:52
Qarabağ münaqişəsi zonasında itkin düşən əsgərlərin onlarla qohumları və dostları bu gün yenidən Ermənistan hökumətinin binası yaxınlığına toplaşaraq etiraz aksiyası keçirirlər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onlar itkin düşən hərbçilərlə bağlı səlahiyyətlilərdən açıqlama tələb edirlər. Bununla yanaşı aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın onlarla görüşməsini tələb edirlər.
Ermənistanda 5 yanvarın qeyri-iş günü olduğu açıqlansa da, etirazçılar buna əhəmiyyət vermədiklərini bildiriblər.