Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 17:30
III Qarabağ savaşı olmayacaq.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, Ermənistanın bir daha Azərbaycana müqavimət göstərməyə gücü qalmayıb:
"Azərbaycan Ermənistan müharibəsi var, bu Qarabağ məsələsi deyil. Çünki ermənilər, ümumiyyətlə, o biri qonşularına olduğu kimi Azərbaycan torpaqlarına da göz dikib. Bu baxımdan Ermənistanın şansı sıfıra bərabərdir. Vitali Balasanyan quldurun biridir, cinayətkar ünsürdür, özü başkəsəndir. Ay "komandan", ay "milli qəhrəman" - bunlar hamısı tarixin zibilliyinə düşmüş anlayışlardır. O istəsə də, qəbirdən bütün məhv edilmiş soydaşlarını, həmfikirlərini, yoldaşlarını, quldur dəstə üzvlərini qaldırsa da, canlandırıb təzədən meydana gətirsə də heç nə edə bilməyəcəklər. Bu müharibənin nöqtəsi qoyulub. Sadəcə, onlar bu nöqtə ilə barışmırlar və çalışırlar ki, üç nöqtə qoysunlar.
Guya onların revanşist ordunu təzədən formalaşdırmaq planları var. Burada hansı revanşdan söhbət gedə bilər ki, Ermənistan ordusunun 70-80%-i artıq dağıdılıb, potensialı, demək olar ki, məhv edilib. Belə olduğu halda onlar nəylə Azərbaycana müqavimət göstərəcəklər? Onlar nə ilə vuruşacaqlar?"
T.Abbasov onu da qeyd edib ki, Balasanyanı, Samvel Babayanı ələ keçirərək Bakıya gətirmək lazımdır:
"Ermənistanın qatarı birdəfəlik gedib. Ona görə də bunlar bəzi xarici qüvvələrə güvənirlər. Çalışırlar həm də Azərbaycana psixoloji təsir göstərsinlər ki, guya hazırlıq işləri gedir və s. Ermənistan bir də baş qaldırsa, tamamilə məhv ediləcək. Buna bizim həm gücümüz, həm imkanlarımız, texniki bazamız, həm də döyüş qabiliyyətimiz var. Heç kim buna şübhə etməsin.
Bu baxımdan mənə elə gəlir ki, Balasanyanı, Samvel Babayanı Xüsusi Təyinatlılarımız gərək çalışıb əməliyyat keçirib onların hamısını ələ keçirərək Bakıya gətirsinlər ki, onların dərsi burada verilsin. Buna böyük ehtiyac var. Mən elə başa düşürəm ki, belə olmayana qədər onlar hələ (Vitali Balasanyan, Samvel Babayan) suyu bulandıracaqlar, quyruq bulayacaqlar və çalışacaqlar ki, o fağır, bədbəxt insanları çaşdırıb meydana salsınlar".
Təhməz Əsədov