Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 23:28
ABŞ hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, sanksiya siyahısına bir nəfər fiziki şəxsin, polad istehsalı ilə məşğul bir neçə şirkətin adı daxil edilib.
Daha konkret desək, siyahıda İranın 12 polad istehsalçısı müəssisəsinin, eəcə də ölkənin metal və mədən şirkətlərinin ixracat işlərində vasitəçi olan "GMI Projects Hamburg GmbH" (Almaniya), "World Mining Industry Co., Ltd" (Çin), "GMI Projects Ltd" (Böyük Britaniya) şirkətlərinin, habelə İranın polad sənayesini qrafit elektrodları ilə təchiz edən Çinin "Kaifeng Pingmei New Carbon Materials Technology Co. Ltd" (KFCC) şirkətinin adları var.