Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 00:34
Almaniyanın bəzi sakinləri onların qanunsevər və intizamlı vətəndaşlar olması barədə ümumi təsəvvürü pozaraq polisin sərt karantin rejimi qaydalarına riayət etmək və qarlı dağ yamaclarından xizəklə sürüşməkdən çəkinmək barədə çağırışlarına əhəmiyyət verməyib. Bundan sonra asayiş keşikçiləri mülayim xahişlərdən sərt tədbirlərə keçməli olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yollarda uzun tıxaclar yaranması, parklama yerlərində boş yerlərin olmaması və dağ xizəyi istirahət zonalarında insanların kütləvi şəkildə toplaşması səbəbindən polis silsilə reydlər keçirməyə məcbur olub. Bazar ertəsi, yanvarın 4-də Vinterberq rayonundakı qış kurortlarının birinin girəcəyində 480 nömrəli federal tras müvəqqəti bağlanıb. Altastenberq, Noyastenberq, Nidersfeld və Tsyuşen rayonlarına giriş yanvarın 3-dən 10-dək qadağan edilib. Bir sıra otellərin ətrafında parklama yerləri də bağlanıb. Avropada parklama yerlərinin bağlanması isə bütün obyektin fəaliyyətinin iflic vəziyyətinə düşməsi deməkdir.