Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirkət rəhbəri 470 milyon dollarlıq korrupsiya əməllərinə görə ölüm cəzasına məhkum edilib

Şirkət rəhbəri 470 milyon dollarlıq korrupsiya əməllərinə görə ölüm cəzasına məhkum edilib

Tarix: 6 Yanvar 2021 07:08

Çində aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biri olan "Huarong"un idarə heyətinin keçmiş sədri Lay Siaomin 1,79 milyard yuan (təxminən 470 milyon ABŞ dolları) dəyərində rüşvət və korrupsiya əməllərinə, habelə ikiarvadlılığa görə ölüm cəzasına məhkum edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Tiencin şəhər xalq məhkəməsi Lay Siaomin haqqında başlanan cinayət işinə dair məhkəmə prosesinin yekununda belə qərar qəbul edib. Məhkəmə, həmçinin onu bütün siyasi hüquqlardan məhrum olunmasına və şəxsi əmlakının müsadirə edilməsinə də qərar verib.

Bildirilir ki, 2008-2018-ci illərdə Çin Bank Tənzimlənməsi Komissiyası baş ofisinin direktoru, dövlətə məxsus "Huarong" şirkətinin idarə heyətinin sədri, habelə "Huarong Xiangjiang" bankının partiya katibi vəzifələrində çalışmış Lay Siaomin avqustda keçirilmiş məhkəmə iclasında yuxarıda qeyd olunan cinayət əməllərini etiraf edib.


Etiketlər:  Şirkət rəhbəri milyon dollarlıq korrupsiya əməllərinə görə ölüm cəzasına məhkum edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ