Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fermerlərə verilən subsidiyaların məbləği artırılacaq - VİDEO

Fermerlərə verilən subsidiyaların məbləği artırılacaq - VİDEO

Tarix: 6 Yanvar 2021 10:46

Dizel yanacağının qiymətinin qalxmasının kənd təsərrüfatına təsirini aradan qaldırmaq üçün fermerlərə verilən subsidiyaların məbləği artırılacaq. Artıq bu istiqamətdə işlərə başlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu ayın sonuna qədər artırılacaq məbləğ dəqiqləşdiriləcək. Sahibkarlara yeni subsidiyalar artımla veriləcək.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, il yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bununla da dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarına təsirlərini minimuma endirmək mümkün olacaq.

Vüqar Bayramovun sözlərinə görə, belə qiymət artımlarının psixoloji tərəfləri olur. Ona görə də istehlak bazarında monitorinqlərin artırılması, xüsusən də süni qiymət artımı cəhdlərinə nəzarətin gücləndirilməsi çox vacibdir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az


Etiketlər:  Fermerlərə verilən subsidiyaların məbləği artırılacaq VİDEO


RƏYLƏR