Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 15:32
Bakı. Trend:
Ailəyə digər müvafiq sosial ödənişlərin təyinatı işləri də aparılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Elyar Arif oğlu Vəliyevin ailəsini də sosial dəstək tədbiləri ilə əhatə edib.
Nazirlikdən Trend-ə bildirilib ki, qurumun əməkdaşları şəhidin ailəsi (Qobustan rayonu, Sədəf kəndi) ilə görüşərkən, şəhidin həyat yoldaşının və üç əkiz övladının maddi təminatlarının gücləndirilməsi üçün ilk növbədə ailənin ünvanlı dövlət sosial yardımla təmin olunması qərara alınıb. Müvafiq sənədlərin (uşaqların yeni şəxsiyyət vəsiqələrinin, təmsilçilik ərizəsinin) alınmasında, müraciətin e-sistemə daxil edilməsində köməklik göstərilib və ailəyə aylıq 411 manat ünvanlı sosial yardım təyin olunub.
Eyni zamanda, şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün, ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, həmçinin uşaqlarının hər birinə müavinətin təyin olunması işləri aparılır.
Şəhidin həyat yoldaşı öz istəyi əsasında növbədənkənar özünüməşğulluq proqramına da cəlb edilib. Proqram çərçivəsində onun üçün təsərrüfat yaradılıb.