Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı qadın Türkiyədə əqli qüsurlu şəxslə evləndirildi - Övladi əlindən alinaraq küçəyə atildi

Azərbaycanlı qadın Türkiyədə əqli qüsurlu şəxslə evləndirildi - Övladi əlindən alinaraq küçəyə atildi

Tarix: 6 Yanvar 2021 16:02

Türkiyənin İstanbul şəhərində yaşayan Ayhan Yılmaz əqli qüsurlu oğlunu imam nikahı ilə azərbaycanlı Mina Əsgərova ilə evləndirib. Cütlüyün 3 yaş yarımlıq qız övladı var.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyənin ATV kanalında yanvarın ilk günü yayımlanan verilişlərin birinə qatılan qaynana azərbaycanlı gəlinini oğurluqda ittiham edib. Qaynana bildirib ki, Mina onların 35 min türk lirası dəyərində qızıl-zinət əşyalarını oğurlayıb və övladını götürərək evdən qaçıb. O da bəlli olub ki, Mina aylardır övladı ilə birgə İstanbul küçələrində dilənir. Ayhan Yılmazın verilişdə səsləndirdiyi iddialardan sonra Mina Əsgərova İstanbulun Esenyurt rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı uşaq qaçırma və diləndirmə ittihamı irəli sürülüb.

M.Əsgərovanın ifadəsi alınıb, o, əcnəbilərin geri göndərilməsi mərkəzinə yerləşdirilib. Minanın övladı əlindən alınaraq atasına, nənəsinə təhvil verilib. Əsgərovanın 5 aylıq hamilə olduğu da məlum olub. Amma məsələ sosial şəbəkələrdə narazılıqla qarşılaşıb, qaynana yalan danışmaqda günahlandırılıb. Məlum olub ki, Türkiyə qanunvericiliyinə görə, ağır əqli qüsurlu şəxslərin ailə qurması yasaqlanıb.

Qaynana Ayhan Yılmaz isə əqli qüsurlu oğluna həyat yoldaşı adı ilə əslində baxıcı axtarırmış. Minanın valideynləri vəfat edib, arxası-dayağı yoxdur. Qadın Azərbaycana gəlib və vədlər verərək Minanı oğlu ilə imam nikahında evləndirməyə razı salıb. Amma Mina gəlin getdiyi gündən daim mənəvi və fiziki təzyiqlərə məruz qalıb, çıxış yolunu evdən qaçmaqda görüb. Lakin övladı ilə birgə Azərbaycana qayıtması mümkün olmayıb, İstanbulda yaşamağa isə pulu olmayıb. Buna görə də dilənməklə övladının qarnını doydurub. Qardaş ölkədə yaşayan azərbaycanlılar, eləcə də türkiyəli sosial şəbəkə istifadəçiləri Mina Əsgərova ilə bağlı məsələnin nəzarətə götürülməsini tələb ediblər.

Verilən məlumatlara görə, məsələ artıq Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən nəzarətə götürülüb. Mina Əsgərovaya vəkil, psixoloq və uşaq psixoloqu ayırılıb. Tərəflərin mübahisəsi məhkəmədə həllini tapacaq. Azərbaycandakı və Türkiyədəki bəzi hüquq müdafiəçiləri də Mina Əsgərovaya yardım göstərəcəklər.

Milli.Az


Etiketlər:  Azərbaycanlı qadın Türkiyədə əqli qüsurlu şəxslə evləndirildi Övladi əlindən alinaraq küçəyə atildi


RƏYLƏR