Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 23:12
İsveçrənin "Henley&Partners" şirkəti pasportların cəlbedicilik reytinqini tərtib edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, analitiklər həmin reytinqi tərtib edərkən bu və ya digər ölkənin pasportunun sahibinin başqa ölkələrə vizasız gedə bilmək imkanını əsas götürüblər. Bu il İspaniya həmin reytinqdə dördüncü yeri İtaliya, Finlandiya və Lüksemburqla bölüşüb. İspan pasportu 188 ölkəyə vizasız getməyə imkan verir.
Reytinqdə birinci yeri yenə Yaponiya tutur - onun vətəndaşları üçün 191 ölkənin qapıları açıqdır. Reytinqin ikinci sətrində Sinqapur yer alıb (190 ölkə). Üçüncü yeri Cənubi Koreya və Almaniya bölüşüb (189 ölkə).