Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Asiya İnkişaf Bankının Azərbaycan ofisinə yeni direktor təyin edilib

Asiya İnkişaf Bankının Azərbaycan ofisinə yeni direktor təyin edilib

Tarix: 7 Yanvar 2021 10:24

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan ofisinə yeni direktor təyin edilib.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Həmin vəzifəyə Kendis Makdeyqan təyin olunub. O, vəzifələrinin icrasına bu aydan etibarən başlayıb. Azərbaycan ofisinə təyin olunmazdan əvvəl K.Makdeyqan AİB-in Qırğızıstan ofisinə rəhbərlik edib.

K.Makdeyqan Azərbaycan ofisinin rəhbəri vəzifəsində Nəriman Mannapbekovu əvəz edib.


Etiketlər:  Asiya İnkişaf Bankının Azərbaycan ofisinə yeni direktor təyin edilib


RƏYLƏR